Yuxarı

Mirzoyandan Zəngəzur açıqlaması: Bakı ilə anlaşmalar var...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tramp yolu”nun (Zəngəzur dəhlizi) təfərrüatı Ermənistan və ABŞ nümayəndə heyətləri arasında təmaslar, müzakirələr və danışıqlar yolu ilə aydınlaşdırılacaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Azərbaycan tərəfi ilə ümumi anlaşmalar var və bunlar kommunikasiyaların açılmasının hər iki ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası çərçivəsində, maneəsiz, qarşılıqlı üstünlüklərlə həyata keçiriləcəyini nəzərdə tutan Vaşinqton bəyannaməsində öz əksini tapıb”, - nazir bildirib.

“Niyə görə Azərbaycandan fərqli olaraq sənəddə Ermənistanla bağlı bölmədə “maneəsiz keçid” ifadəsi yoxdur” sualına Mirzoyan belə cavab verib:

“Maneəsiz keçid nədir? Onlarla konvensiya və beynəlxalq sənəd var ki, Ermənistanın həmin maneəsiz keçidlə bağlı öhdəlikləri var. Üstəlik, təkcə Azərbaycanla bağlı deyil”.

Xarici işlər naziri bu və digər məsələlərlə bağlı Ermənistan müxalifətinə qulaq asmamağı tövsiyə edib.

Tarix
2025.09.20 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Hələ də yadımdan çıxmır, niyə “Qarabağ Ermənistandır” dedim?

9 noyabr sənədinə görə təşəkkür etdilər, şoka düşdüm

1 il 7 aydır ki, Azərbaycanla sərhəddə... - Paşinyan öyündü

Əliyevadan Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

İrəvan bu iddialardan imtina etməlidir – XİN

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı – Bəyanat

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım - Video

Simonyan nümayəndə heyəti ilə Bakıya gəldi - İlk dəfə

Ruanda prezidenti Azərbaycana gəldi

Şərhlərə görə həbslər – Azərbaycan neçənci yerdədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla