Yuxarı

Bu müəllimlər 6000 manatdan çox maaş alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq "tədqiqatçı müəllim" statusu alan müəllimlər müəyyən olunub.

Axar.az Valyuta.az-a istinadən xəbər verir ki, bu statusun müəyyənləşdirilməsi zamanı bir sıra elmi meyarlara əsaslandırılıb. Bunlara "Scopus" bazasında indekslənmiş məqalələrin sayı, Q1–Q3 kateqoriyalı jurnallarda nəşrlər, H-indeksi və beynəlxalq həmmüəllifliklə yazılmış məqalələr daxildir.

Yeni status qazanan müəllimlər 2–3 dəfə artıq maaş alacaqlar. Belə ki, tam ştatla çalışan professorların maaşı 4280-6420 manat təşkil edəcək.

"Tədqiqatçı müəllim" statusuna layiq görülən əməkdaşlar:

Aysel Aslanlı – Kimya üzrə fəlsəfə doktoru (Lomonosov MDU). Son 5 ildə "Scopus" bazasında 26 məqaləsi çap olunub, H-indeksi 12-dir. Məqalələrin 22-si Q1 kateqoriyalı jurnallarda yer alıb. 31 yaşlı tədqiqatçı universitetdə aqro-kimya istiqamətinin inkişafına töhfə verəcək.

Dünya Babanlı – Kimya üzrə elmlər doktoru, dosent. Son 5 ildə 56 məqaləsi "Scopus" bazasında çap olunub, H-indeksi 14-dür. Strasburq Universitetinin professorları ilə birgə yazılmış beynəlxalq həmmüəlliflikli elmi işləri var.

Araz Əliyev – Riyaziyyat üzrə elmlər doktoru, professor. Son 5 ildə "Scopus" bazasında 22 məqaləsi dərc edilib, H-indeksi isə 8-dir. ADNSU-nun kafedra müdiridir.

Lətafət Qardaşova – Texnika üzrə elmlər doktoru, professor. 21 məqalə və 10 H-indeksə malikdir. Qeyri-səlis məntiq, sistemli analiz və süni intellekt sahəsində doktorantlara rəhbərlik edir.

Vüsalə Cəfərova – Fizika üzrə elmlər doktoru. 23 məqalə və 7 H-indeksə malikdir.

Oleq Hüseynov – Texnika elmləri doktoru. Son 5 ildə 19 məqaləsi var, H-indeksi isə 20-dir.

Sevda Rzayeva – Fizika üzrə fəlsəfə doktoru, dosent. 10 məqaləsi var və H-indeksi 64-dür.

Elnur Oruclu – Kimya üzrə fəlsəfə doktoru. 39 məqalə və 10 H-indeksə sahibdir.

ADNSU rəhbərliyi bildirib ki, bu təşəbbüsün əsas məqsədi universitetdə elmi fəaliyyətin stimullaşdırılması, mövcud elmi məktəblərin qorunması və yenilərinin formalaşdırılmasıdır.

Tarix
2025.09.20 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

Hələ də yadımdan çıxmır, niyə “Qarabağ Ermənistandır” dedim?

9 noyabr sənədinə görə təşəkkür etdilər, şoka düşdüm

1 il 7 aydır ki, Azərbaycanla sərhəddə... - Paşinyan öyündü

Əliyevadan Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Mirzoyandan Zəngəzur açıqlaması: Bakı ilə anlaşmalar var...

İrəvan bu iddialardan imtina etməlidir – XİN

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı – Bəyanat

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım - Video

Simonyan nümayəndə heyəti ilə Bakıya gəldi - İlk dəfə

Ruanda prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla