Yuxarı

Həbs olunan Adnan Əhmədzadə kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə Azərbaycanda həbs ounub. Məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib.

Axar.az Musavat.com-a istinadla uzun illər dövlət neft sektorunda və biznes sahəsində fəaliyyət göstərmiş Adnan Əhmədzadənin həyat və karyerası haqda məlumatı təqdim edir:

Adnan Əhmədzadə kimdir?

Adnan Azər oğlu Əhmədzadə 24 yanvar 1978-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildən "ABDA Invest Holding"in təsisçisi və İdarə Heyətinin sədridir. Holdinq inşaat, logistika və daşınma həlləri, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino sahələrində fəaliyyət göstərən şirkətləri birləşdirir.

Təhsili

Adnan Əhmədzadə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetinin magistr pilləsini bitirib.

Karyerası

O, 1998–2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr (sonradan Marketinq və İqtisadi Əməliyyatlar) İdarəsində çalışıb. 2005–2006-cı illərdə “Azertrans” MMC-nin baş direktoru olub.

2006–2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib:

- Nəqliyyat və Ekspedisiya şöbəsinin müdir müavini (2006–2007)

- Ticarət əməliyyatlarında kommersiya riskləri şöbəsinin müdiri (2007–2008)

- İqtisadi əməliyyatlar idarə rəisinin müavini (2008–2010)

- Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş direktoru (2010–2019)

- 2018-ci ildə "SOCAR Trading"in icraçı direktoru, 2019-cu ildə isə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini təyin olunub.

Sosial fəaliyyəti

Adnan Əhmədzadə 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti vəzifəsini icra edir.

Maraqlı faktlar

Adnan Əhmədzadə ailəlidir və dörd övladı var. Maraqlı məqamlardan biri onun dünyaca məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluq əlaqələrinə malik olmasıdır. O, Messinin Azərbaycana səfərinin təşkilində mühüm rol oynayıb.

Bundan əlavə, Əhmədzadə Ronaldinyo və “Barselona” klubunun prezidenti Xuan Laportanın Bakı səfərlərini də təşkil edib.

Tarix
2025.09.20 / 10:56
Müəllif
Axar.az
Digər xəbərlər

Hələ də yadımdan çıxmır, niyə “Qarabağ Ermənistandır” dedim?

9 noyabr sənədinə görə təşəkkür etdilər, şoka düşdüm

1 il 7 aydır ki, Azərbaycanla sərhəddə... - Paşinyan öyündü

Əliyevadan Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Mirzoyandan Zəngəzur açıqlaması: Bakı ilə anlaşmalar var...

İrəvan bu iddialardan imtina etməlidir – XİN

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı – Bəyanat

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım - Video

Simonyan nümayəndə heyəti ilə Bakıya gəldi - İlk dəfə

Ruanda prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla