Yuxarı

Özbəkistan Ukraynaya nota verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan Ukraynaya nota verdi

Özbəkistan vətəndaşlarının köləlikdə saxlanması ilə əlaqədar Ukrayna Xarici İşlər Nazirliyi və Baş Prokurorluğuna notalar göndərib.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan XİN sözçüsü Axror Burxanov deyib.

Bildirilib ki, Özbəkistan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşları vəziyyəti araşdırmaq üçün hadisə yerinə gedib və vətəndaşlar yerli xəstəxanaya yerləşdirilib.

"Səfirlik vətəndaşlarımızla bağlı vəziyyəti tam nəzarətə götürüb və onların Özbəkistana qayıtmasını təmin etmək üçün bütün lazımi tədbirləri görür. Xüsusilə, Özbəkistan vətəndaşlarına konsulluq və hüquqi yardım göstərilməsi üçün Ukrayna Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müvafiq notalar göndərilib", - Burxanov bildirib.

Bundan əlavə, Özbəkistan Xarici İşlər Nazirliyi vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edir.

Qeyd edək ki, Kiyevdə 13 Özbəkistan vətəndaşının kölə şəraitində əməyə cəlb edildiyi məlum olub. Faktla bağlı iki nəfər saxlanılıb.

Tarix
2025.09.20 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla