Yuxarı

Ukraynada əcnəbiləri köləliyə cəlb edən dəstə aşkarlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada əcnəbiləri köləliyə cəlb edən dəstə aşkarlandı

Ukraynanın Kiyev vilayəti ətrafında bir qrup Özbəkistan vətəndaşı kölə şəraitində əməyə cəlb edilib.

Axar.az xəbər verir ki, bu barədə Report-a Kiyev vilayət prokurorluğunun rəsmisi Yuliya Koltak məlumat verib.

Onun sözlərinə görə, Kiyev vilayətinin prokurorluğu Özbəkistan vətəndaşlarını məcburi əməklə istismar edən Çin vətəndaşının başçılıq etdiyi bir qrupu müəyyənləşdirib:

"Kiyev vilayət prokurorluğunun prosessual rəhbərliyi altında Çin Xalq Respublikasından olan iki nəfəri (milliyyətcə özbək və ukraynalı) saxlanılıb. Onlar 13 Özbəkistan vətəndaşını sonradan əmək istismarına cəlb etmək məqsədi ilə mütəşəkkil fəaliyyət göstəriblər.

İstintaqın məlumatlarına əsasən, şübhəlilər məcburiyyət və aldatma yolu ilə mənzil, iş və maddi çətinliklər səbəbindən təhlükəli vəziyyətdə olan sosial müdafiəsiz şəxsləri məcburi əməyə cəlb ediblər. Onlar zərərçəkənləri Ukraynadan kənarda axtarıb taparaq məcburi əməkdə istifadə etmək məqsədilə Kiyev vilayətinə gətiriblər.

Bu zaman nəzarət üçün məcburiyyət və hərəkət azadlığının məhdudlaşdırılmasından istifadə ediblər. Eyni zamanda, ən kiçik pozuntu üçün onları cərimə edərək cəzalandırıblar.

Hüquq-mühafizə orqanları 2025-ci il sentyabrın 17-də şübhəlilərin yaşayış yerləri və təsərrüfat obyektlərində sanksiyalaşdırılmış axtarışlar keçiriblər. 13 Özbəkistan vətəndaşının qeyri-insani şəraitdə saxlandığını təsdiqləyən otaqlar, sənədlər, pullar və nəqliyyat vasitələri aşkar edilib. İbtidai istintaq Kiyev vilayəti İstintaq İdarəsi və Miqrasiya Polisi Departamentinin əməliyyat dəstəyi ilə həyata keçirilir".

Tarix
2025.09.19 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla