Yuxarı

Kadırovun saatı Putini qəzəbləndirdi - koordinator təyin etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırovun saatı Putini qəzəbləndirdi - koordinator təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbərinin dəbdəbəli həyat tərzi ilə bağlı qalmaqallardan sonra Ramzan Kadırova koordinator təyin edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası Kremldəki mənbəyə istinadla məlumat yayıb.

İddiaya görə, Kadırovlar ailəsi ilə bağlı silsilə insidentlərdən sonra Kremldə qapalı keçirilən iclasda şifahi xəbərdarlıqların artıq kifayət etmədiyi, daimi nəzarətin yaradılması qərara alınıb.

“Koordinatora sosial mediada, KİV-də və birbaşa respublikada dəbdəbəli həyat tərzinin ictimai nümayişinə nəzarət etmək tapşırılıb. Ən kiçik pozuntu heç bir vasitəçi birbaşa prezidentə çatdırılacaq”, - mənbə qeyd edib.

Putinlə Kadırov arasında münasibətlər Çeçenistan liderinin oğlu, respublika parlamentinin deputatı Adam Kadırovun toyundan sonra pisləşib.

Putin və Kadırov arasında iki saatlıq söhbət zamanı sonuncuya sentyabr ayına qədər dəbdəbəli nümayişlərə qadağa qoyulub. Lakin bu söhbətdən iki həftə sonra sosial şəbəkələrdə Adam Kadırovun brilyant saatlarının fotoları yayılıb. Bu addım Vladimir Putinin son dərəcə sərt reaksiyasına səbəb olub. Mənbələr iddia edir ki, prezident xəbərdarlıq edib ki, pozuntu təkrarlanarsa, Çeçenistan liderinin istefası məsələsi sərt şəkildə qaldırılacaq.

Tarix
2025.09.20 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla