Yuxarı

Leyla Əliyeva və Arzu Əliyeva Nyu Yorkda sərgidə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də ABŞ-ın Nyu York şəhərində yerləşən Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə "Anadolunun qapıları arxasındakı xəzinələr" adlı sərgi keçirilib.

Axar.az xəbər verir ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər.

Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqidir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbir təkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətinin incəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda da Anadolu insanının minillik təcrübəsi və bacarıqlarının öyrənilməsinin zəruriliyini sübut edir.

Əminə Ərdoğan ətraf mühitin mühafizəsi məqsədilə "Sıfır Tullantı" prinsipinin nəinki müasir dövrdə, qədim zamanlarda belə Anadolu coğrafiyasında prioritet istiqamət olduğunu deyib.

Sərgi Anadolunun zəngin məhsul müxtəlifliyinə həsr olunmuş "Torpağın münbitliyi", "Mətbəxin toplanması" və "Əllərin ustalığı" adlı üç əsas mövzunu əhatə edib.

Tarix
2025.09.23 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kralı təbrik etdi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Əhmədzadənin arxasında kimlər var? - Deputat

Simonyan Bakıda bu 10 nəfəri xahiş etdi, əvəzində...

Erməni əsgərin Qarabağda nə işi var idi? - Paşinyan

Bayramov Mirzoyanla görüşdü

Muradov Ermənistana səfərindən danışdı

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla