00:28
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, digər nəqliyyat vasitələri üçün qəza şəraiti yarandığından və yük avtomobilinin yoldan götürülməsi məqsədilə metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Hazırda yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
***
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasaz yük avtomobilinin yolda qalması səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.