Yuxarı

"Sahil" metrosunun yaxınlığında yeni stansiyası tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sahil" metrosunun yaxınlığında yeni stansiyası tikiləcək

Bakı Metropoliteni QSC-nin "Nizami" stansiyasından sonra "Sahil" stansiyasının yaxınlığında da yeni stansiya inşa olunacaq və həmin stansiyadan "Qırmızı xətt"ə keçid mümkün olacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, avtovağzaldan hərəkətə başlayan sərnişin həmin stansiyadan "Sahil" stansiyasına keçməklə "Həzi Aslanov" stansiyasına qədər başqa nəqliyyata minmədən yoluna davam edə biləcək.

Metro rəsmisi xatırladıb ki, B-04 stansiyası "Bənövşəti xətt"in "8 Noyabr"dan sonrakı stansiyası olacaq.

"Dövlət Proqramına uyğun olaraq "Bənövşəyi xətt" üzrə daha 5 stansiya inşa olunmalıdır. Həmin 5 stansiyadan biri, məsələn, B-04 stansiyasından sonrakı B-05 stansiyası "Nizami" stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirməsi işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq.

"Avtovağzal" stansiyasında hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan "Nizami" stansiyasına keçməklə hərəkətini "Yaşıl xətt" üzrə davam etdirəcək", - deyə B.Məmmədov əlavə edib.

Tarix
2025.09.25 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla