Yuxarı

Şuşada 12 bina üçün 30,8 milyon manat ayrıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa şəhəri, D-4 massivində 12 binanın tikintisi, abadlıq, sahədaxili kommunikasiya və qurğulara aid işlər həyata keçiriləcək.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, sözügedən işlərlə əlaqədar Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi eyni şirkətlə ümumi dəyəri 30 milyon 852 min 107,12 manat olan iki müqavilə imzalayıb.

"Kristal İnşaat" MMC ilə imzalanan müqavilənin şərtlərinə əsasən, şirkət 1, 2, 3, 10, 11 və 12 nömrəli binalarının tikintisini aparacaq. Abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətləri təmin edəcək. Görüləcək işlərin dəyəri 16 milyon 675 min 260,66 manat təşkil edir.

4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikintisini isə "Kristal İnşaat" MMC 14 milyon 176 min 846,46 manata icra edəcək.

Müvafiq işlərin görülməsinə bu ayın 17-dən start verilib, gələn ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, "Kristal İnşaat" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4000 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Elgün Qafil oğludur.

Tarix
2025.09.26 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər dənizi niyə quruyur? - Rusiyadan açıqlama gəldi

Orduya niyə çox pul ayıraq? Onsuz da Azərbaycanla...

Mübarizin öldürülməsi ilə bağlı sənədlər elan olundu

İlham Əliyev ABŞ-a səfəri ilə bağlı paylaşım etdi - Video

Tramp Rusiyadan istifadə etdi, istəyinə nail oldu

Əliyev onları Azərbaycana yatırıma səslədi

BMT sessiyası: İlham Əliyev paylaşım etdi - Video

İlham Əliyev əsl dostdur - Vuçiç

Suriyadan 7 azərbaycanlı ölkəmizə gətirildi

İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla