Yuxarı

Azərbaycanda aliment ödəməyən qadın məhkum edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda uşaqlarına aliment verməyən qadın məsuliyyətə cəlb edilib .

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Zeynəb Məmmədova (adı və soyadı şərtidir) 2004-cü ildə əmisi nəvəsi ilə ailə qurub və birgə nikahdan 3 övladları dünyaya gəlib.

2019-cu ildə cütlük arasında mübahisə yaranıb və Z.Məmmədova azyaşlı övladlarını həyat yoldaşının yanında qoyub, evi tərk edərək atasının evinə gedib. Həyat yoldaşı isə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə cütlük arasında nikahı ləğv edib, hər uşağa görə 150 manat olmaqla Z.Məmmədovaya aylıq 450 manat aliment təyin olunub.

Amma buna baxmayaraq, Z.Məmmədova aliment ödəməkdən yayınıb.

Faktla bağlı cinayət işi başlanıb və iş Ağcabədi Rayon Məhkəməsinə verilib. Məhkəmənin qərarı ilə Z.Məmmədovaya 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.

Tarix
2025.09.26 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər dənizi niyə quruyur? - Rusiyadan açıqlama gəldi

Orduya niyə çox pul ayıraq? Onsuz da Azərbaycanla...

Mübarizin öldürülməsi ilə bağlı sənədlər elan olundu

İlham Əliyev ABŞ-a səfəri ilə bağlı paylaşım etdi - Video

Tramp Rusiyadan istifadə etdi, istəyinə nail oldu

Əliyev onları Azərbaycana yatırıma səslədi

BMT sessiyası: İlham Əliyev paylaşım etdi - Video

İlham Əliyev əsl dostdur - Vuçiç

Suriyadan 7 azərbaycanlı ölkəmizə gətirildi

İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla