Yuxarı

Uşaq evindən şikayətlənən Məhəmməd həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 3 saylı Uşaq Evindəki qalmaqalla tanınan 2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev həbs edilib.

Axar.az Oxu.az-a stinadla xəbər verir ki, adıçəkilən uşaq evində böyüyən və sonradan 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilən Məhəmməd Hacıyev 13 yaşlı oğlana qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib.

İttihama görə, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq Evində olarkən 2012-ci il təvəllüdlü oğlana zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

M.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq başa çatdırıldıqdan sonra iş məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən M.Hacıyev ittihamları qəbul etməyib və 3 saylı Uşaq Evində baş verən neqativ hallar barədə açıqlamalar verdiyi üçün şərləndiyini bildirib. O, ittihamlardan xəbərsiz olduğunu deyib.

Prosesdə zərərçəkmiş qismində ifadə verən 2012-ci il təvəllüdlü oğlan isə M.Hacıyev tərəfindən cinsi zorakılığa məruz qaldığını təsdiqləyib.

Şahid ifadələrindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Hacıyev 10 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, M.Hacıyev valideyn himayəsindən məhrum olduğu və ögey qardaşı tərəfindən küçəyə atıldığı üçün Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq Evinə yerləşdirilib və orada böyüyüb. Məhəmməd Eldəniz oğlu Hacıyev 4-cü sinfə qədər Bakı şəhərindəki 29 saylı tam orta məktəbdə fərdi təhsil alıb.

Valideynlərini itirdikdən sonra o, 4-cü sinfi bitirib, məktəbdən çıxıb və 3 saylı Uşaq Evinə yerləşdirilib. Orada qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Daha sonra o, uşaq evinin rəhbərliyinin müraciəti əsasında Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Bir müddətdən sonra isə M.Hacıyev xəstəxanadan evə buraxılmışdı.

Tarix
2025.09.26 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər dənizi niyə quruyur? - Rusiyadan açıqlama gəldi

Orduya niyə çox pul ayıraq? Onsuz da Azərbaycanla...

Mübarizin öldürülməsi ilə bağlı sənədlər elan olundu

İlham Əliyev ABŞ-a səfəri ilə bağlı paylaşım etdi - Video

Tramp Rusiyadan istifadə etdi, istəyinə nail oldu

Əliyev onları Azərbaycana yatırıma səslədi

BMT sessiyası: İlham Əliyev paylaşım etdi - Video

İlham Əliyev əsl dostdur - Vuçiç

Suriyadan 7 azərbaycanlı ölkəmizə gətirildi

İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla