Yuxarı

Kəndi seçən gənc müəllimlərə əlavə 2000 manat veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəndi seçən gənc müəllimlərə əlavə 2000 manat veriləcək

Gələn il gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların maaşına əlavələrin ödənilməsi üçün 20.1 milyon manat xərclənəcək.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9.9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunması planlaşdırılıb. Vəsait onların stimullaşdırılması məqsədilə yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və kirayə haqqına yönəldiləcək.

Hesablamalar göstərir ki, kənd məktəblərindəki vakansiyaları seçəcək hər bir gənc müəllim orta hesabla maaşından əlavə il ərzində təxminən 2 min manat alacaq.

Tarix
2025.10.24 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Putin İlham Əliyevə zəng etdi

Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

"Səhər" Bakını ittiham etdi: Uşaq qatillərinə xidmət edir...

İşləyənlərin hesabına işsizlərin müalicəsi dövrü bitir?

Bakı Yaxın Şərqin yeni əsas oyunçusudur - "Avrasiyanet"

Xəzər dənizi ilə bağlı qorxunc proqnoz

Sahibə Qafarova Simonyanla görüşündən danışdı

Rusiyadan Zəngəzur açıqlaması

Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Milli Məclisin növbəti plenar iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla