Yuxarı

ADSEA nümayəndələri Almaniyada tədbirdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA nümayəndələri Almaniyada tədbirdə - Foto

27–30 oktyabr tarixlərində Almaniyanın Bonn şəhərində keçirilən 6-cı Qlobal Su Operatorları Tərəfdaşlığı (WOPs) Konqresində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri v.m.i.e Tahir Xəlilov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə iştirak ediblər.

Axar.az xəbər verir ki, tədbir çərçivəsində çıxış edən Tahir Xəlilov su ehtiyatlarının idarə olunmasında beynəlxalq əməkdaşlığın, bilik və təcrübə mübadiləsinin vacibliyini qeyd edib, Azərbaycanın şəhərsalma və davamlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb.

O, həmçinin 2026-cı ildə Bakı şəhərində keçiriləcək “Dünya Şəhərsalma Forumu”nun (WUF13) ölkəmiz üçün əhəmiyyətini vurğulayıb.

Konqres çərçivəsində keçirilən side event zamanı Riad Axundzadə iştirakçılara Azərbaycanda su təchizatı və tullantı su xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də 2026-cı ildə Bakıda baş tutacaq WUF13 barədə geniş məlumat təqdim edib.

Bununla yanaşı, Global Water Operators’ Partnerships Alliance (GWOPA) ilə görüş keçirilib, gələcək potensial əməkdaşlıq istiqamətləri və su sektorunda birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Tarix
2025.10.31 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan

DTX-nin saxladığı başçının köməkçisi danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla