Yuxarı

Sumqayıt İH "qanunidir" dedi, nazirlik ifşa etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt İH "qanunidir" dedi, nazirlik ifşa etdi - Video

14:32

Sosial şəbəkələrdə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində qanunsuz yeni obyekt qurulmasıyla bağlı iddialar yer alan videogörüntülər yayılıb.

Sumqayıt İcra Hakimiyyətindən Axar.az-a verilən açıqlamada bildirilir ki, qeyd olunan ərazidə illər öncə quraşdırılmış köşk olub.

“Bu köşklə bağlı müvafiq sənədlər mövcuddur. Hazırda həmin köşk müasir tələblərə uyğun şəkildə yenilənərək yüngül konstruksiya əsasında quraşdırılıb”, - məlumatda bildirilib.

Videodan görünür ki, köşk müasir tələblərə uyğun yenilənərkən, ağac da məhv edilib. Bu isə genişlənmə və ərazi zəbt edildiyi iddialarını ortaya çıxarıb.

Ekologiya və Təbii Sərvətlər nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində ağacların kəsilməsi ilə bağlı mediadan daxil olan məlumat əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb:

“Araşdırma zamanı sözügedən əraziyə yüngül metal konstruksiyalı köşkün yerləşdirilməsi zamanı vətəndaş Elgün Orucov tərəfindən bir ağacın kəsildiyi, iki ağacın isə zədələndiyi müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib olunaraq E.Orucova 3700 manat məbləğində cərimə və ziyan tətbiq edilib. Eyni zamanda, metal konstruksiyanın qanunsuz qurulması ilə bağlı müvafiq qurumlara müraciət olunub.

Yaşıllıqların mühafizəsinə həssas münasibət göstərən ictimaiyyət və media nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkür edir, eyni zamanda vətəndaşlardan xahiş edirik ki, yaşıllıqlara zərər vurulması halları ilə rastlaşdıqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etsinlər”.

Tarix
2025.11.12 / 19:51
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla