Yuxarı

Azərbaycanın ən böyük göllərindən biri yoxa çıxır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın ən böyük göllərindən biri yoxa çıxır - Video

Bir zamanlar köçəri quşların, ovçuların və turistlərin ən çox üz tutduğu Hacıqabul gölü demək olar ki, tamamilə quruyub.

Axar.az xəbər verir ki, gölün yaxınlığında yaşayan sakinlərin sözlərinə görə, illər əvvəl bu ərazi həm turizm, həm də istirahət məkanı kimi xüsusilə seçilirdi. Vaxtilə 16 kvadratkilometr ərazini əhatə edən, dərinliyi 5 metrə çatan göl bir neçə ildir su üzünə həsrət qalıb. Hazırda qurumuş ərazidə yabanı otlar bitməyə başlayıb.

Ekoloqların sözlərinə görə, gölün quruması təkcə təbiətə deyil, bölgənin iqliminə və biomüxtəlifliyinə də ciddi təsir göstərir. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov bildirib ki, Hacıqabul gölü vaxtilə Kür çayından qidalanırdı, lakin son illər qlobal iqlim dəyişikliyi gölə ciddi təsir edib.

Onun sözlərinə görə, gölün əvvəlki vəziyyətinə qaytarılması istiqamətində müəyyən işlər aparılır. Hazırda su balansının bərpası, ətraf ərazilərdə monitorinqlər və ekoloji qiymətləndirmə davam edir.

Mütəxəssislər bildirirlər ki, görülən tədbirlər uğurlu olarsa, gələcəkdə göldə minimum səviyyədə də olsa, suyun geri qayıtması mümkün ola bilər.

Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialı təqdim edirik:

Tarix
2025.11.17 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

İlham Əliyev Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla