Yuxarı

Övladlığa uşaq götürən subay şəxslərin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Övladlığa uşaq götürən subay şəxslərin sayı açıqlandı

Bu il ərzində Azərbaycanda 12 subay şəxs övladlığa uşaq götürüb.

Bu barədə Axar.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verildiyi 2019-cu ildən bu günədək 802 uşaq övladlığa verilib:

"Müvafiq qanunvericiliyə əsasən, övladlığa götürən şəxsin yaşı nikahda olanlar üçün ən azı 25, nikahda olmayanlar üçün isə 30-dan yuxarı olmalıdır. Bu tələblərə uyğun olaraq, ötən dövrdə ümumilikdə 74 subay şəxs uşaq övladlığa götürüb".

Həmçinin qeyd edilib ki, Agentlik valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş sahəsində ardıcıl tədbirlər həyata keçirir:

"Məqsəd uşaqların müəssisə mühitindən çıxarılaraq ailə şəraitində böyüməsinə, emosional və sosial inkişafının təmin edilməsinə şərait yaratmaqdır. Uşaqların övladlığa götürülməsinin, himayədar ailələrə verilməsinin və bioloji ailələrinə reinteqrasiyasının təşviqi prioritet istiqamətlərdəndir".

Tarix
2025.11.17 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

İran İsraili vurdu: İki azərbaycanlı həlak oldu - Foto

İrana humanitar yardım: Azərbaycan qonşuluğa sadiqdir

Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi...

“ABŞ çökəcək” deyən müdrik deputatımıza xatırlatma...

İranda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Trampın Putinə təcili zənginin məqsədi - Markov

XİN-dən təxliyə edilən vətəndaşlarımızla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla