Yuxarı

“Data və süni intellekt sertifikasiya proqramı” təqdim edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Data və süni intellekt sertifikasiya proqramı” təqdim edildi

İstedadlara, gənclərin fərdi və karyera inkişafına davamlı dəstək göstərən ABB bu istiqamətdə daha bir layihəyə start verib. Bank Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim edib. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun və UNEC-in rektoru Ədalət Muradovun iştirakı ilə Universitetdə proqramın təqdimatı olub.

ABB-nin UNEC-lə birgə hazırladığı bu layihə universitet–biznes əməkdaşlığının xoş bir nümunəsidir. “Data və süni intellekt sertifikasiya proqramı”nın məqsədi ölkəmizin əmək bazarı üçün bu sahədə peşəkar kadrların yetişdirilməsidir. Proqramda iştirak üçün xüsusi seçim prosedurları əsasında UNEC-dən 22 tələbə seçilib. ABB-nin dəstəyi ilə onlara Universitetdə xüsusi dərslər tədris olunacaq. Bankda data və süni intellekt sahəsində çalışan peşəkar mütəxəssislər həmin tələbələrə dərs deyəcəklər. Proqramda yüksək səy göstərərək sertifikasiyadan uğurla keçmiş tələbələrin ABB-də bu sahə üzrə işəqəbulu imkanlarına da baxılacaq.

Təqdimat tədbirindəki çıxışı zamanı Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin son 3 ildə data və süni intellekt istiqamətinə ciddi sərmayə qoyduğunu, 160-dan çox generativ və prediktiv modeli uğurla tətbiq etdiyini və bu modellərin Bank üçün 30 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaratdığını diqqətə çatdırıb: “Süni intellekt ölkələrin gələcək inkişafının əsas drayverinə çevrilir. ABB olaraq qürur duyuruq ki, süni intellekt həllərini ölkəmizə ilk gətirən və bu sahəni sürətlə inkişaf etdirən biznes qurumlarından biriyik. İnanıram ki, tələbələrin proqramdakı uğurları öz gələcəklərinə də, ölkəmizdə rəqəmsal transformasiya proseslərinə də ciddi töhfə verəcək” – Abbas İbrahimov bildirib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2025.11.17 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla