Yuxarı

Sabiq komitə sədri direktor vəzifəsindən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq komitə sədri direktor vəzifəsindən çıxarıldı

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin (PHŞ) Naxçıvan Yol Təmir Tikinti İstismar Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru işdən çıxarılıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Cəfər Məhərrəm oğlu Muxtarov müvafiq əmrlə vəzifəsindən azad olunub. Onu MMC-nin direktor müavini Hidayət İmanov əvəz edir.

Qeyd edək ki, Cəfər Muxtarov vaxtilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb. 2016-cı ildə Ali Məclisin ovaxtkı sədri Vasif Talıbov tərəfindən vəzifəsindən azad edilib.

Xatırladaq ki, bu ilin fevral ayında Şərur Yol Təmir Tikinti İstismar MMC, Culfa Yol Təmir Tikinti İstismar MMC, Kəngərli Yol Təmir İstismar MMC, Babək Yol Təmir İstismar MMC, Sədərək Yol Təmir İstismar MMC, Şahbuz Yol Təmir İstismar MMC, Ordubad Yol Təmir İstismar MMC Naxçıvan Yol Təmir Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşdirilib. MMC-nin qanuni təmsilçisi Cəfər Məhərrəm oğlu Muxtarov seçilmişdi.

Tarix
2025.11.27 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

Uitkoff-Uşakov danışığını MKİ yayıb? - Ekspert

Sabiq nazirlərin pensiyası nə qədər olacaq? - Özləri danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla