Üzərində möhür olan dollarınız varsa... - Açıqlama
20:15
| Ana səhifə Toplum |
|
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilib.
Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Tarif Şurası Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də rəyini almalı olacaq.
Xatırladaq ki, bu günə qədər İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəyləri alınırdı.
|
Tarix
2025.11.27 / 18:55
|
Müəllif
Axar.az
|