Yuxarı

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Uzun illər davam edən məhkəmə çəkişmələrindən sonra sabiq spiker Rəsul Quliyevin adı yenidən qalmaqallı torpaq satışı ilə gündəmə gəlib. İddialara görə, vaxtilə Şeyxülislam Allahşükür Paşazadənin qudası, keçmiş deputat Qalib Salahzadəyə məxsus olduğu deyilən Bilgəh ərazisindəki bahalı torpaq sahəsi nəhayət ki, satışa çıxarılıb və 5 milyon manat dəyərində satılıb.

Axar.az xəbər verir ki, Qalib Salahzadə Globalinfo.az-a açıqlamasında sözügedən torpaq sahəsini Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Qod Nisanovun aldığını bildirib.

Qalib Salahzadənin sözlərinə görə, ona ata-babadan 4 hektar torpaq sahəsi miras qalıb və həmin ərazidə 8 ev tikilib.

O bildirib ki, illər əvvəl Rəsul Quliyev qeyri-qanuni yollarla bu torpağın 72 sotunu ələ keçirib:

“Torpağın 12 sotu bacısının adına, 60 sotu isə kirvəsi Ağasif Şakiroğlunun adına “rəsmiləşdirilib”. Uzun illərdir məhkəmələrə müraciət edirəm, çünki bu torpaq qanunla mənə məxsusdur. Hətta Rəsul Quliyevlə aramızda məhkəmə çəkişməsi gedən dövrdə Qod Nisanov və atası evimə gələrək həmin torpağı onlara satmağımı təklif etdilər. Mən isə bundan imtina etdim”.

Qalib Salahzadə qeyd edib ki, sonradan Ağasif Şakiroğlu Sabunçu Rayon Məhkəməsinin hakimi ilə ailə qurub və işə məhz onun həyat yoldaşı baxıb:

“Təbii ki, qərar ərinin xeyrinə verildi. Hazırda Apelyasiya Məhkəməsinə müraciət etmişəm. Orada da hakim yəhudidir və Qod Nisanovun adamıdır. Mənim xeyrimə qərar çıxarılmayacağını düşünürəm”.

Salahzadənin iddiasına görə, torpaq sahəsi qanunsuz şəkildə Yalçın Həsənov adlı şəxsin adına sənədləşdirilib:

“Qod Nisanov bu bağı qanunsuz yollarla rəsmiləşdirib. Daha sonra isə Azərbaycan Milli Məclisinin sabiq spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevə 5 milyon göndərilib. Dövlətə və hökumətə qarşı sərt çıxışlar edən bir şəxsə bu qədər vəsaitin ötürülməsi nə dərəcə doğrudur? Bütün bunlar qanunsuz yollarla baş verir”.

Tarix
2025.12.18 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla