Yuxarı

Kərim Vəliyev türk generalla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərim Vəliyev türk generalla görüşdü

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dekabrın 18-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik K.Vəliyev Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının zəruriliyini bildirib.

Ordu generalı L.Ergün Bakıda iki gündür davam edən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında icra olunan fəaliyyətlərin yeni imkanların formalaşmasında müsbət təsirindən danışıb, hərbi əlaqələrimizin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının cari vəziyyəti təhlil edilib, maraq doğuran məsələlər və perspektiv planlara dair geniş müzakirələr aparılıb.

Tarix
2025.12.18 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla