Yuxarı

Bakının bu prospektində hərəkət təkmilləşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu prospektində hərəkət təkmilləşdirilir

Bakının Xətai prospektində hərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasına başlanılıb.

Axar.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir ki, bu layihə nəqliyyat axınlarının səmərəliliyinin artırılması, yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi və alternativ nəqliyyat növlərinin təşviqini hədəfləyir.

Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən bölgüsü aparılıb. Eyni zamanda, Mirəli Qaşqay küçəsi ilə kəsişmədən Koroğlu Rəhimov küçəsinə qədər olan hissədə ümumilikdə 1,9 kilometr uzunluğunda mikromobillik zolağı təşkil ediləcək. Mikromobillik vasitələri istifadəçiləri üçün təhlükəsiz və davamlı hərəkət şəraitinin yaradılması məqsədilə səki ilə yolun hərəkət hissəsi arasında parklanma yerləri yaradılacaq.

Nurəddin Süleymanov küçəsi ilə kəsişmədən Dəmirçizadə küçəsinə qədər olan yol sahəsində 316 parklanma yeri təşkil olunur.

Prospektdə piyadaların hərəkət intensivliyi nəzərə alınmaqla eyni səviyyəli piyada keçidlərinin təşkili nəzərdə tutulur. Bununla yanaşı, ictimai nəqliyyatdan istifadənin rahatlığını artırmaq məqsədilə dayanacaq məntəqələrinin yerləşməsi optimallaşdırılacaq.

Layihənin icrası zamanı standartlara uyğun işıq qaytarma qabiliyyətinə malik yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi təmin ediləcək.

Tarix
2025.12.18 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla