Yuxarı

Meteor yağışı olacaq - Bakıdan bu cür görünəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meteor yağışı olacaq - Bakıdan bu cür görünəcək

Yanvarın əvvəlində maraqlı astronomik hadisə - Kvadrantid meteor yağışı müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Axar.az-a verilən məlumata görə, meteor yağışı dekabrın 12-dən yanvarın 12-dək aktiv olacaq.

Maksimum aktivlik 4 yanvar gecəsi, saat 03:00 radələrində gözlənilir.

Meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının səmanın ən yüksək nöqtəsinə çatdığı anlardır. Bu zaman meteorların sayı və görünmə ehtimalı artır. Maksimum aktivlik zamanı saatda 120 meteor müşahidə oluna bilər. Bakı üçün real müşahidə şəraitində bu rəqəm təxminən 100–113 meteor/saat təşkil edə bilər. Bu il maksimum aktivlik günündə Ay demək olar ki, tam Ay fazasında olacaq və bu da müşahidələrə mənfi təsir göstərəcək. Ay işığı zəif meteorların görünməsini çətinləşdirəcək, lakin parlaq meteorları müşahidə etmək yenə də mümkün olacaq.

Kvadrantid meteor yağışı digər klassik meteor yağışlarından fərqli olaraq, kometdən deyil, (196256) 2003 EH₁ adlı asteroid mənşəli cisimdən qaynaqlanır. Bu asteroid Günəş ətrafında təxminən 5,5 il ərzində dövr edir. Ehtimala görə, bu obyekt keçmişdə aktiv komet olub və zamanla parçalanaraq asteroid xarakteri alıb. Yer kürəsi hər il yanvarın əvvəlində bu cismin orbitində qalan toz və qaya hissəciklərindən ibarət axından keçərkən Kvadrantid meteorları yaranır.

Meteorlar Yer atmosferinə təxminən 41 kilometr/saniyə sürətlə daxil olur və parlaq işıq izləri buraxır. Kvadrantid meteor yağışı qısaömürlü, lakin ilin ən intensiv meteor yağışlarından biri hesab olunur.

Tarix
2025.12.29 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla