Yuxarı

Bakıda eyni yolda 2 qəza baş verdi – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda eyni yolda 2 qəza baş verdi – Anbaan video

Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda son bir neçə gün ərzində iki yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, qəzalardan biri yanvarın 3-də, digəri isə dünən qeydə alınıb.

Qeyd edək ki, sözügedən yolda eyni tip yol-nəqliyyat hadisələrinin tez-tez baş verməsi müzakirə mövzusu olub. Yanvarın 3-də, saat 8:44-də qeydə alınmış qəzada sürücü "Toyota Lənd Kruser" markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

İkinci, zəncirvari qəza hadisəsi isə yanvarın 6-da, saat 10:43-də qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Bir çox sürücülər sözügedən ərazidə bu cür hadisələrin tez-tez baş verməsinə səbəb kimi yoldakı işıqforun düzgün quraşdırılmasının əsas gətirilər.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, ərazidəki işıqforun düzgün quraşdırılmaması ilə bağlı səslənən fikirlər həqiqətə uyğun deyil.

"Sabunçu rayonu, Maştağa-Zabrat yolundakı kəsişmədə işıqforlarla bağlı problem yoxdur. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təhlillərinə əsasən, bu istiqamətdə hərəkət edən bəzi sürücülər yol-hərəkəti qaydalarına əməl etmirlər. Belə ki, nəqliyyat vasitələrini sürətlə idarə edir və düzgün ara məsafəsi saxlamırlar, nəticədə yol-nəqliyyat hadisələri baş verir. Qeyd edilən səbəblərdən artıq bu ilin bir neçə günü ərzində qəzalar da olub", - Ö.Xıdırov bildirib.

Tarix
2026.01.07 / 13:32
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezident Mikayılovu buna görə işdən azad edib - Cinayət

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla