Yuxarı

Nazirlikdən qərar: Bu məşhurlar vəzifələrini itirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən qərar: Bu məşhurlar vəzifələrini itirdi

16:47

Mədəniyyət Nazirliyi dövlət teatrlarının yeni əsasnamələrini, struktur və ştat cədvəllərini təsdiqləyib. “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, qəbul edilən qərar nəticəsində dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər buna bənzər vəzifələr ləğv edilib. Onların əvəzində isə yaradıcılıq, tərtibat, maliyyə və marketinq əsaslı şöbələr yaradılıb.

Kult.az həmin qərar nəticəsində işini itirən bəzi şəxslərin siyahısını təqdim edir:

Azərbaycan Dövlət Akademik Dram Teatrı - Bədii rəhbər, baş rejissor Mehriban Ələkbərzadə, baş rəssam Nazim Bəykişiyev

Dövlət Akademik Musiqili Teatrı - baş rejissor Cavid İmamverdiyev, baş rəssam Vüsal Rəhimov

Dövlət Akademik Rus Dram Teatrı - bədii rəhbər, baş rejissor Aleksandr Şarovski

Bakı Uşaq və Gənclər Teatrı - bəddi rəhbər İntiqam Soltan, baş rejissor İlhamə Əhmədova

Dövlət Yuğ Teatrı - baş rejissor Mikayıl Mikayılov

Dövlət Opera və Balet Teatrı - baş rejissor Hafiz Quliyev

Azərbaycan Dövlət Pantomim Teatrı - bədii rəhbər, baş rejissor Bəxtiyar Xanızadə

Azərbaycan Dövlət Kukla Teatrı - baş rejissor Anar Məmmədov, baş rəssam İqbal Əliyev, quruluşçu rejissor Müşfiq Əliyev

Bakı Bələdiyyə Teatrı - baş rejissor Mərahim Fərzəlibəyov

Şuşa Dövlət Musiqili Dram Teatrı - baş rejissor Anar Sadıqov

Ağdam Dövlət Dram Teatrı - baş rejissor Novruz Cəfərov

Füzuli Dövlət Dram Teatrı - baş rejissor Asif Şirinov

Qax Dövlət Kukla Teatrı - baş rejissor Yusif Abdurahmanov, baş rəssam Mayis Abdullayev

Salyan Dövlət Kukla Teatrı - baş rejissor Rafiq Mirzə

Gəncə Dövlət Milli Dram Teatrı - baş rejissor Elşad Əhmədli

Sumqayıt Dövlət Dram Teatrı - baş rejissor Firudin Məhərrəmov

Mingəçevir Dövlət Dram Teatrı - baş rejissor Vüsal Mehrəliyev, baş rəssam Rafael Haşımov

Şəki Dövlət Dram Teatrı - baş rejissor Mirbala Səlimli, baş rəssam Sahib Əhmədov

Lənkəran Dövlət Dram Teatrı - baş rejissor Anar Babalı

Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı - baş rejissor Mir Qabil Əkbərov

Naxçıvan Dövlət Kukla Teatrı - baş rejissor Nadir Hüseynov

Qeyd edək ki, Azərbaycanda 30-da çox dövlət teatrı var.

Tarix
2026.01.26 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla