Yuxarı

"Veysəloğlu"dan qocaman jurnalistə dəstək - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Veysəloğlu"dan qocaman jurnalistə dəstək - Foto

“Xalq” qəzetinin redaksiyasında uzun illər jurnalistika sahəsində səmərəli fəaliyyət göstərmiş Əliyev Həbib Əli oğlunun yaradıcılığına Veysəloğlu Şirkətlər Qrupu tərəfindən dəstək məqsədilə görüş keçirilib. Görüşün təşəbbüskarı qismində “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov çıxış edib.

Axar.az xəbər verir ki, rəsmi dövlət qəzetinin redaksiyasında baş tutan görüşdə Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti direktoru Məhəmmədəli Qəribli də iştirak edib. Bildirilib ki, bu görüş jurnalist peşəsinə hörmətin ifadəsi, uzunmüddətli yaradıcılıq fəaliyyətinin dəyərləndirilməsi və media ənənələrinin qorunması məqsədi daşıyır.

Qeyd olunub ki, Həbib Əliyev uzun müddət Rusiya və Ukraynada yaşayıb və qürbətdə olduğu dövrdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəal jurnalist fəaliyyəti göstərib. O, Azərbaycan və rus dillərində yayımlanan “Azərbaycan-Qobustan” adlı radio layihəsini yaradaraq ölkəmizin tarixi, mədəniyyəti və ictimai-siyasi reallıqlarının təbliğinə mühüm töhfələr verib.

Əflatun Amaşov çıxışında Həbib Əliyevin jurnalistikadakı xidmətlərini yüksək qiymətləndirərək bildirib ki, belə qocaman jurnalistlərin fəaliyyəti milli mətbuat tariximizin ayrılmaz hissəsidir və onların əməyinə hər zaman xüsusi dəyər verilməlidir.

Məhəmmədəli Qəribli isə vurğulayıb ki, Veysəloğlu Şirkətlər Qrupu media dəyərlərinin qorunmasına, peşəkar jurnalistlərin əməyinin qiymətləndirilməsinə və milli mətbuat ənənələrinin yaşadılmasına daim önəm verir.

Həbib Əliyev göstərilən diqqəti jurnalist əməyinə hörmət nümunəsi kimi dəyərləndirib və öz adından Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbova minnətdarlığını çatdırıb. Görüşün sonunda xatirə fotosu çəkdirilib.

Tarix
2026.02.02 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla