Yuxarı

Bu, trend deyil, aktual çağırış kimi qəbul edilməlidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, trend deyil, aktual çağırış kimi qəbul edilməlidir

Son dövrlər respublikamızda dövlət maliyyəsinin idarə edilməsi istiqaməti üzrə həyata keçirilən institusional və sistemli islahatlar makroiqtisadi siyasətin müxtəlif komponentləri üzrə müsbət dinamikanın formalaşmasına köklənib. Belə ki, hazırda rəqəmsal həllərin, informasiya texnologiyalarının, o cümlədən makromüstəvidə, iqtisadi sistemlərdə geniş formatda istifadəsi, ilk növbədə dünya təcrübəsində formalaşmış beynəlxalq miqyaslı bir trend kimi deyil, aktual çaǧırış kimi qəbul edilməlidir. Çünki, sözügedən məsələ iqtisadi proseslərin sürətlənməsinə, eyni zamanda, idarəetmə qərarlarının effektivliyinin yüksəldilməsinə xidmət edir.

Axar.az xəbər veir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək. Şübhəsiz ki, dõvlət maliyyə resurslarının qenerasiyası, eləcə də onların xərclənməsi üzrə müvafiq innovativ rəqəmsal qərarların tətbiqi ölkəmizin iqtisadi imkanlarını genişləndirməli, müvafiq dövlət təşkilatlarının inkişaf institutları kimi fəaliyyət gõstərmələri üçün münbit platformanın yaradılmasına xidmət etməlidir.

"Təbii ki, belə olan halda həyata keçirilməli tədbirlər üçün tələb olunan qanunvericilik bazasının, hüquqi və normativ əsasların təminatı zəruridir. "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi mexanizmi iqtisadi çaǧırışlardan qaynaqlanaraq, bir tərəfdən dövlət maliyyə resurslarının əmələ gəlməsi prosesinə, digər tərəfdən isə dövlət xərclərinin effektivliyinin təmin edilməsinə müvafiq şərait yaratmalıdır", - deyə deputat qeyd edib.

O əlavə edib ki, "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin effektiv fəaliyyət göstərməsi iqtisadi artımın əsas təkanverici amillərindən olan investisiyaların keyfiyyət göstəricilərinə pozitiv impuls verməlidir.

Tarix
2026.02.03 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla