Yuxarı

Yanacaqdoldurma məntəqəsində pozuntu... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanacaqdoldurma məntəqəsində pozuntu... - Foto

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Axar.az xəbər verir ki, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.

Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmış təbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutma qurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığı müəyyən edilib.

Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin sıxılmış təbii qaz qurğu kompleksinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi obyektin cavabdeh şəxsinə təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin cavabdeh şəxsi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntunun aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Tarix
2026.02.04 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla