Yuxarı

Havanın temperaturu bu tarixdə 8 dərəcə qalxacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Havanın temperaturu bu tarixdə 8 dərəcə qalxacaq

Hazırda Azərbaycanın bir sıra rayonlarına yağış və qar yağır.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, Bakı və Abşeron yarımadası, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Zaqatala, Balakən, Beyləqana isə yağış yağır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Tovuzda 17, Culfada 15 m/s-yə çatır.

Bu gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq.

Sabahdan etibarən isə yağıntılar tədricən kəsiləcək.

6 fevraldan başlayaraq havanın temperaturunun tədricən qalxacağı gözlənilir. 9 fevrala qədər temperaturun 6-8 dərəcə yüksələcəyi proqnozlaşdırılır.

Tarix
2026.02.04 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət əleyhinə çağırışlar yayan bu 7 nəfər axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla