Yuxarı

Birbank Biznes-in Visa Sahibkar kartı indi pulsuz və yeni dizaynda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birbank Biznes-in Visa Sahibkar kartı indi pulsuz və yeni dizaynda

Birbank Biznes sahibkarlar üçün nəzərdə tutulmuş Visa Sahibkar kartını daha sərfəli şərtlərlə təqdim edir.

Artıq kart tamamilə ödənişsiz verilir, eyni zamanda Bakı və Abşeron üzrə çatdırılma üçün heç bir rüsum tələb olunmur. Yenilənmiş kart müasir dizaynı, funksionallığı və biznes ehtiyaclarına uyğun imkanları ilə sahibkarlara maliyyə idarəçiliyində daha çox rahatlıq qazandırır. Ən sərfəli sahibkar kartı hansıdır? – sualına cavab axtaranlar bu kartın imkanlarını dəyərləndirə bilərlər.

Visa Sahibkar kartı biznes sahiblərinə gündəlik xərcləri şəffaf şəkildə izləmək, şəxsi və biznes əməliyyatlarını ayrı-ayrılıqda idarə etmək və dünyanın istənilən nöqtəsində əməliyyatları təhlükəsiz və sürətli şəkildə həyata keçirmək imkanı yaradır. Visa Kart vasitəsilə həm alış-veriş etmək, həm də nağd vəsait çıxarmaq mümkündür.

Kart sahibləri Visa biznes imtiyazlarına da çıxış əldə edirlər. Bu imtiyazlara hotel və avtomobil icarəsi xidmətlərində xüsusi endirimlər, beynəlxalq səfərlər zamanı 24/7 tibbi və hüquqi dəstək, eləcə də müxtəlif biznes alətlərinə güzəştlərlə qoşulmaq imkanı daxildir. “Google Ads”, “Meta Ads”, “LinkedIn Ads”, “Microsoft 365”, “Google Workspace” kimi platformalarda təklif olunan güzəştlərbonuslar sahibkarlara rəqəmsal əməliyyatlarını daha da sərfəli şəkildə etməyə kömək edir.

Kart, həmçinin gündəlik xərclərlə bağlı üstünlüklər də təqdim edir. “Apple Pay” və “Google Pay” ilə ödəniş zamanı restoran, kafe, sağlamlıq mərkəzləri və alış-veriş üzrə tərəfdaş şəbəkələrində endirimlərdən yararlanmaq mümkündür.

Xüsusilə qeyd edilməlidir ki, yeni kart dizaynı sahibkarların peşəkar imicinə əlavə dəyər qatır və həm yerli, həm də beynəlxalq səviyyədə biznes fəaliyyətini daha rahat şəkildə idarə etmək imkanı yaradır.

Sahibkar kartını Birbank Biznes mobil tətbiqi vasitəsilə sifariş edərək, pulsuz çatdırılmadan yararlanmaq mümkündür.

Ətraflı məlumat: www.b-b.az/bbvsk

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün Birbank Biznes saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Tarix
2026.02.10 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla