Yuxarı

Naxçıvana səfərləri əvvəlcədən planlaşdırın - AZAL

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvana səfərləri əvvəlcədən planlaşdırın - AZAL

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

Axar.az xəbər verir ki, hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və istirahət günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gün ərzində 8–10 müntəzəm reysin (gediş-gəliş 16–20 reys) yerinə yetirilməsi planlaşdırılıb. Zərurət yarandığı halda tələbata uyğun olaraq uçuşların sayının daha da artırılması nəzərdə tutulur. Beləliklə, Naxçıvan istiqamətində hava nəqliyyatı əlaqəsinin müntəzəmliyi və fasiləsizliyi planlama zamanı əsas götürülür.

Qeyd edək ki, mülki aviasiya fəaliyyəti təsdiq edilmiş uçuş əməliyyat planı çərçivəsində həyata keçirilir. Sözügedən plan uçuş cədvəlinin formalaşdırılmasını, hava gəmilərinin uçuşlara hazırlanmasını, məcburi texniki və əməliyyat yoxlamalarının aparılmasını, eləcə də təhlükəsizlik və xidmət keyfiyyətinə yönəlmiş digər tədbirləri əhatə edir. Bununla əlaqədar olaraq hava daşımalarının səmərəli təşkili məqsədilə sərnişinlərə səyahətlərini öncədən planlaşdırmaq məsləhət görülür.

Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Tarix
2026.02.10 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla