Yuxarı

“RR Constructions”da 2 milyon manatın çəkişməsi…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“RR Constructions”da 2 milyon manatın çəkişməsi…

“Kubinka”da yeni binalar tikmək üçün söküntü işləri aparan “RR Constructions” MTK həmin ərazidəki evinə görə 2 milyon manat təzminat istəyən Fidan Süleymanlını xüsusi ittiham qaydasında məhkəməyə verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb F.Süleymanlının şirkətinin qanuni təmsilçisi Nadir Abdullayevlə bağlı Tiktokda səsləndirdiyi fikirlərdir.

Belə ki, N.Abdullayev iddia ərizəsində qeyd edib ki, F.Süleymanlı özünə aid Tiktok hesablarında onun şəxsiyyətini təhqir edib, barəsində “ermənilər”, “terrorçular”, “türmədə yatan və cinayətkar” və digər ifadələri işlədib.

Nadir Abdullayev bildirib ki, Fidan Süleymanlının hərəkətləri onu mənəvi-psixoloji baxımdan ağır vəziyyətə salıb.

İddiaçı F.Süleymanlının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəmədən xahiş edib.

Maraqlıdır ki, daha sonra xüsusi ittihamçı elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq icraatda olan cinayət işi ilə bağlı tərəflər arasında yaranmış mübahisə öz həllini tapdığı üçün tərəflərindən xüsusi ittihamdan imtina edildiyini və iş üzrə icraata xitam verilməsini xahiş edib.

Qeyd edək ki, hazırda Fidan Süleymanlının “RR Constructions” şirkətinə qarşı Bakı Apellyasiya Məhkəməsində onun 146 kv.m sahəsi olan evinə 2 000 000 manat ödənilməsinə dair iddia var.

Onu da əlavə edək ki, “RR Constructions” MTK-nın rəhbəri Rafael Abdullayevdir. R.Abdullayev bir müddət əvvəl xuliqanlıq ittihamı ilə həbs edilən, daha sonra şərti cəza alan Oleq Krapivinlə yaxınlığı ilə tanınır. Belə ki, Oleq Krapivin Şirvan İdman Klubunun rəhbəri, Rafael Abdullayev isə vitse-prezidentidir.

Tarix
2026.02.10 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan onu Hindistana təhvil verdi

Bakı və Daşkənd arasında mühüm görüş

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla