Yuxarı

Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video

Gecə saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində, 28 May və Rəşid Behbudov küçələrinin kəsişdiyi nöqtədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, işıqforun qadağanedici işarəsinə məhəl qoymayaraq, hərəkətini davam etdirən minik avtomobili qəzaya düşüb. Belə ki, sürücü yolayrıcına daxil olan digər nəqliyyat vasitəsindən qəfil manevrlə yayınmaq istəyib və bu zaman idarəetməni itirib, işıqfora çırpılıb.

Zərbənin təsirindən 1 ədəd işıqfor sıradan çıxaraq yararsız vəziyyətə düşüb.

Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən zədələnmiş qurğunun yenilənməsi məqsədilə təmir-bərpa işlərinə start verilib.

Məlumat üçün qeyd edək ki, ötən il ərzində paytaxtın inzibati ərazisindəki prospekt və küçələrdə baş verən 55 yol-nəqliyyat hadisəsi zamanı işıqforlara ciddi ziyan dəyib və ya onlar tamamilə yararsız hala gəlib. Bu kimi hallarla bağlı zəruri tədbirlər görülüb.

Tarix
2026.02.12 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla