Yuxarı

Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videoçarx hazırlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videoçarx hazırlandı

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti, 111 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən “Danışıq klubu”nun rəhbəri Gülbəniz Şahbazova Su çərşənbəsi münasibətilə şagirdlərlə birgə videoçarx hazırlayıb.

Axar.az xəbər verir ki, tədbir çərçivəsində məktəbin 2ç sinif şagirdləri Su çərşənbəsinin adət-ənənələri, xalq inancları və bu günün Novruz bayramına aparan yoldakı əhəmiyyəti barədə məlumatlar səsləndiriblər. Şagirdlər milli geyimlərdə çıxış edərək suyun saflıq və yenilənmə rəmzi olduğunu vurğulayıblar, bayram əhval-ruhiyyəsini əks etdirən səhnəciklər nümayiş etdiriblər.

Hazırlanan videoçarxın məqsədi şagirdlərə milli-mənəvi dəyərləri aşılamaq, Novruz ənənələrini daha yaxından tanıtmaq və onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olub. Video sosial şəbəkələrdə paylaşılaraq geniş auditoriyaya təqdim edilib.

Qeyd edək ki, 2ç sinfinin rəhbəri Sevda Cavadovadır.

Tarix
2026.02.24 / 14:11
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla