Yuxarı

FHN “Velotrek”də təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN “Velotrek”də təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3007-ci məhəllədə fəaliyyət göstərən “Velotrek” MMC-yə məxsus ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd ticarət mərkəzinin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın zamanı təxliyə planına uyğun olaraq vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib, şərti zərərçəkmişlərə “ilkin yardım göstərilib” və “yanğın qısa müddətdə söndürülüb”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Tarix
2026.02.24 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla