Yuxarı

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi

Sumqayıtda Nəsimi adına Mədəniyyət və İstirahət Parkında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Axar.az xəbər verir ki, Sumqayıt şəhərində ekoloji mühitin yaxşılaşdırılması istiqamətində növbəti mühüm təşəbbüs həyata keçirilib. Şəhərin əsas istirahət məkanlarından biri olan ərazisində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində park ərazisində 400-dən çox ağac əkilib. Əkilən ağaclara aqrotexniki qaydalara uyğun qulluq göstərilib, suvarma və möhkəmləndirmə işləri aparılıb.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları, parkın kollektivi və könüllülər iştirak ediblər.

Bildirilib ki, həyata keçirilən bu təşəbbüs şəhərin ekoloji mühitinin sağlamlaşdırılmasına xidmət edir. Son illər Sumqayıtda aparılan abadlıq-quruculuq işləri çərçivəsində park və xiyabanların yenidən qurulması, yaşıllıq zolaqlarının salınması, yüz minlərlə ağac və dekorativ kol bitkilərinin əkilməsi davamlı xarakter alıb. Son 10 il ərzində Sumqayıt şəhərində yaşıllıq sahələri iki dəfədən artıq genişləndirilib. Bu göstəricilər ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin real nəticəsidir.

Vurğulanıb ki, yaşıllıq sahələrinin genişləndirilməsi, yeni park və istirahət məkanlarının salınması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Tarix
2026.02.24 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla