Yuxarı

Xətai İH-də şəhid ailələri ilə görüş… - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətai İH-də şəhid ailələri ilə görüş… - Foto

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Xətai Rayon İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev və Xocalıdan olan şəhid ailələri iştirak ediblər.

Axar.az xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş verib. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və misli görünməmiş qəddarlıqla qətliam törədib.

Qeyd olunub ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi bu dəhşətli faciəyə yalnız 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində ilk dəfə siyasi qiymət verilib. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan olunub, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər ünvanlanıb.

Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 25-də imzaladığı “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncama əsasən, hər il fevralın 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər həyata keçirilib və bu istiqamətdə tədbirlər bu gün də ardıcıl şəkildə davam etdirilir.

Görüşdə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanının yerdə qalmadığı xüsusi vurğulanıb. Qeyd edilib ki, 2020-ci il Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad edib və şəhidlərimizin qisası alınıb.

Həmçinin bildirilib ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Tədbirdə şəhid ailələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları Xocalı parkına gələrək faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Tarix
2026.02.24 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla