Yuxarı

Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...

Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı vəzifəsindən azad edilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Məmməd Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, işlərini itirənlər əsasən kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin müavinləri, nümayəndəliklərin baş məsləhətçiləri - baş mühasibləri və sürücü vəzifələrində çalışanlar olublar.

Məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adıçəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsa da, 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon icra hakimiyyətində sərəncama götürülüblər.

Qeyd edək ki, bundan əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib.

Tarix
2026.02.24 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla