Yuxarı

Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azercell “Bakı Marafonu 2026”nın eksklüziv tərəfdaşıdır

3 may 2026-cı il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2026” keçiriləcək.

Ölkənin idman təqvimində xüsusi yer tutan layihə bu il də minlərlə iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin təşviqi və ictimai həmrəyliyin gücləndirilməsi məqsədinə xidmət edəcək.

“Küləyə qalib gəl” şüarı altında keçirilən doqquzuncu Bakı Marafonu ilk dəfə 42 km tam məsafədə təşkil olunacaq. Yarış Dövlət Bayrağı Meydanından start götürəcək və iştirakçılar müəyyən edilmiş marşrut üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatacaqlar. Marşrut boyunca 10 km və 21 km məsafələr üçün də ayrıca finiş xətləri nəzərdə tutulub.

Qeydiyyat prosesi Gənclik Mall, 28 Mall və Dəniz Mall-da fəaliyyət göstərən xüsusi məntəqələrdə, eləcə də www.marathon.az platforması üzərindən onlayn qaydada aparılır. Tələbələr üçün iştirak ödənişsizdir. Qeydiyyat üçün son tarix 25 aprel 2026-cı ildir.

“Azercell Telekom” MMC 2017-ci ildən etibarən layihənin baş sponsoru və eksklüziv tərəfdaşı qismində çıxış edir. Şirkət hər il olduğu kimi, 2026-cı ildə də rəhbər heyətin, əməkdaşların və korporativ tərəfdaşların iştirakı ilə marafona fəal dəstək verəcək, idman və sosial məsuliyyət dəyərlərinin təşviqinə töhfəsini davam etdirəcək.

Tarix
2026.02.25 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla