Yuxarı

Zakir Fərəcov sakinlərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcov sakinlərlə görüşdü - Foto

Fevralın 27-də Sumqayıt şəhərində vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, mövcud problemlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə növbəti səyyar qəbul-görüş təşkil olunub. Qəbul Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin 8-ci mikrorayon ərazisində keçirilib.

Axar.az xəbər verir ki, səyyar qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti idarə və müəssisələrin nümayəndələri və sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşların gündəlik həyatlarını narahat edən məsələlər, sosial-məişət problemləri, abadlıq, infrastruktur, kommunal xidmətlər və digər sahələrlə bağlı müraciətləri diqqətlə dinlənilib.

Qəbul prosesində qaldırılan müraciətlərin bir hissəsi yerindəcə həll olunub, icrası mümkün olmayan məsələlərlə bağlı isə müvafiq araşdırmaların aparılması və qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.

Görüş zamanı şəhər rəhbəri Sumqayıtda aparılan genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və sosial infrastruktur layihələri barədə sakinlərə məlumat verib, bu istiqamətdə görülən işlərin mərhələli şəkildə davam etdiriləcəyini qeyd edib. Vətəndaşlar öz növbəsində şəhərdə həyata keçirilən müsbət dəyişiklikləri yüksək qiymətləndirərək, səyyar qəbulların problemlərin yerində və vaxtında həllinə mühüm töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, vətəndaş məmnunluğunun artırılması, açıq dialoqun təmin edilməsi və yerli problemlərin birbaşa ünsiyyət yolu ilə həlli məqsədilə Sumqayıt şəhərində səyyar qəbul-görüşlər davamlı olaraq keçirilir.

Tarix
2026.02.27 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla