Yuxarı

"Azercell"in Tiktok səhifəsi rəsmi təsdiq nişanı əldə edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"in Tiktok səhifəsi rəsmi təsdiq nişanı əldə edib

Azercell Telekom MMC-nin “TikTok” platformasındakı rəsmi səhifəsi təsdiqlənmiş (verified) hesab statusu qazanıb. Bununla da Azercell yerli telekommunikasiya bazarında bu nişana layiq görülən ilk mobil operator olub.

Platforma tərəfindən təqdim olunan rəsmi təsdiq nişanı yalnız aktiv, etibarlı və orijinal məzmun paylaşan, həmçinin “TikTok”un Xidmət Qaydaları və Cəmiyyət Təlimatlarına tam əməl edən səhifələrə verilir. Azercell-in hesabı bütün verifikasiya meyarlarına uyğunluq nümayiş etdirərək bu statusu əldə edib.

2020-ci ildə yaradılan səhifə qısa müddət ərzində geniş auditoriyanın diqqətini cəlb edərək brendin rəqəmsal məkan­dakı mövqeyini gücləndirib. Hazırda 200 mindən çox izləyicisi olan səhifə, izləyici sayına görə yerli telekom bazarında liderliyini qoruyur və auditoriyası dinamik şəkildə artmaqda davam edir.

Azercell-in rəsmi sosial media platformaları istifadəçilərə 24/7 rejimində təqdim olunan xidmətlər, yeni tarif və kampaniyalar, sosial təşəbbüslər və digər yeniliklər barədə operativ məlumat almaq imkanı yaradır. Eyni zamanda, müştərilər şirkətlə birbaşa əlaqə saxlayaraq müraciətlərinə qısa müddətdə cavab əldə edə bilirlər. Bu yanaşma Azercell-in açıq və əlçatan kommunikasiya modelinin tərkib hissəsidir.

Qeyd edək ki, Azərbaycanda mobil operatorlar arasında ilk dəfə məhz Azercell Telekom MMC 2008-ci ildə Feysbuk, 2009-cu ildə “Tvitter“, 2012-ci ildə isə İnstaqram platformalarında rəsmi səhifələrini yaradıb. Bu gün də şirkət sosial mediada aktiv və innovativ iştirakını davam etdirir.

Tarix
2026.02.27 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla