Yuxarı

AMEA-da yatanlarla, plagiatlarla hara gedirik? - Sabiq deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA-da yatanlarla, plagiatlarla hara gedirik? - Sabiq deputat

Dünyada 90-95 yaşında olan alimlər var ki, kitab yazır, müsahibələr verirlər, hələ də elmin mövcud paradiqmaları üzərində işləyirlər. Bizdə isə alimlərin ictimai rəyə təsiri görünmür. Əslində onların orada mürgüləməyi müəyyən dərəcədə ətalətin nəticəsidir.

Bu sözləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev Axar.az-a açıqlamasında AMEA-da keçirilən iclasda alimlərin yatması barədə danışarkən deyib.

Ekspert yorulmağın insan varlığının əsas keyfiyyətlərindən biri olduğunu vurğulayıb:

“Amma nədən yorulursan? Ətalətdən yorulursan, yoxsa işdən? Akademiyanın indiki durumu ilə jurnalistlər də yaxşı tanışdırlar. Ali Attestasiya Komissiyasının hər il hesabatı yayılır. Yüzlərlə elmi iş ləğv olunur. Hələ ləğv olunmayanların içində də nə qədər qüsurlu işlər var. Bu o deməkdir ki, başqası üçün dissertasiyalar yazılır, plagiatlıq hökm sürür.

Elmi bu cür neqativ hallardan xilas etmək lazımdır. Bunun üçün də AMEA-da ilk islahat baş verdi: Elm və Təhsil Nazirliyi yarandı. Amma elm və təhsil hazırda inteqrasiya olunurmu? Proses çox zəif gedir. Bu yuxubasma ilə proses gedər?”

Tarix
2026.02.27 / 16:23
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla