Yuxarı

İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə proqramın nəticələrinə həsr olunmuş yekun görüş keçirib.

Axar.az xəbər verir ki, bir ili əhatə edən Mentorluq proqramının yekunlarına dair keçirilən görüşdə Zakir İbrahimov qaliblərin ötən müddət ərzində nümayiş etdirdikləri aktivliyi və fərdi inkişaf planı üzrə əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirib. Sədr vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsi ölkəmizdə müasir idarəçilik prinsiplərinə yiyələnmiş yeni nəsil rəhbər kadrların yetişməsində müstəsna rol oynayır.

Görüş zamanı proqram müddətində müzakirə olunan dövlət idarəetmə metodları, strateji qərarların qəbulu, korporativ idarəçilik və səmərəli kommunikasiya mövzularının qaliblərin gələcək fəaliyyətlərində tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Zakir İbrahimov mentorluq müddətinin başa çatması münasibətilə qalibləri təbrik edərək, onlara peşəkar fəaliyyətlərində və dövlətçiliyimizin inkişafı naminə gələcək addımlarında uğurlar arzulayıb.

“Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı bir il ərzində göstərilən diqqətə, şəxsi və peşəkar inkişafları üçün yaradılan şəraitə, həmçinin zəngin idarəçilik təcrübəsini onlarla bölüşdüyünə görə mentor Zakir İbrahimova dərin minnətdarlıqlarını bildiriblər. Qaliblər bu müddət ərzində əldə etdikləri bilik və bacarıqların onların liderlik keyfiyyətlərinin formalaşmasında həlledici rol oynadığını qeyd ediblər.

Görüşün yekununda Zakir İbrahimov Mentorluq proqramını uğurla başa vuran hər iki müsabiqə qalibinə Xasiyyatnamə təqdim edib.

Tarix
2026.02.27 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla