Yuxarı

Kəlbəcərdə yeni turizm zonası yaradılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəlbəcərdə yeni turizm zonası yaradılacaq

İşğaldan azad olunmuş ərazilərdə xüsusi turizm zonalarının yaradılması, xüsusilə Kəlbəcərdə turizm zonasının yaradılması ilə bağlı sənədlər Prezident Adminsitrasiyasına təqdim olunub.

Axar.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Sədr müavini vurğulayıb ki, həmçinin Laçın və digər ərazilərdə də qiymətləndirmələr aparılır.

“Sanatoriyaların, eləcə də müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət olunub. Sertifikatlaşdırma işlərinin ilkin mərhələdə aparılması üçün konsepsiya sənədləri hazırlanıb”, - deyə o əlavə edib.

O bildirib ki, Xocavəndin Tuğ kəndində qastroturizm inkişafı ilə bağlı layihələr hazırlanır:

“Orada kulinariya mərkəzinin yaradılması nəzərdə tutulur. Qastroturizm ilə bağlı əsas hədəflərimizdən biri də ölkənin mətbəxinin tanıdılmasıdır. Çünki Azərbaycanın regionda xüsusi edən elementlərdən biri də ölkəmizin zəngin mətbəxidir. Bunun üçün bir neçə istiqamətlərdə işlər görürük. Xüsusilə də qastronomiyanın ölkəmizdə ali təhsil səviyyəsinə çatması üçün qastronomiya ixtisasının açılması üçün Elm və Təhsil Nazirliyi ilə iş görülür”.

Tarix
2026.02.27 / 18:50
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla