Yuxarı

Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın Bəhreynə təyin olunan yeni səfiri kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Axar.az Oxu.az-a istinadla Azərbaycan Respublikasının Bəhreyn Krallığında yeni səfirinin dosyesini təqdim edir:

Cavidan Hüseynov 1 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2007-ci ildə hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

Əmək fəaliyyətinə 1994-cü ildə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində referent kimi başlayıb. 1999-2000-ci illərdə nazirliyin Konsulluq İdarəsində attaşe vəzifəsində çalışıb. 2000-2003-cü illərdə həmin idarədə üçüncü katib, 2003-2004-cü illərdə isə ikinci katib olub. 2004-2006-cı illərdə Konsulluq İdarəsində şöbə müdiri vəzifəsini icra edib.

2006-cı ildə Azərbaycanın Rusiyadakı səfirliyində şöbə müdiri – birinci katib kimi fəaliyyət göstərib. Həmin ildən 2010-cu ilə qədər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində müşavir vəzifəsində çalışıb. 2010-2018-ci illərdə isə həmin idarənin rəis müavini olub.

2018-ci ildə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. O, 2018-ci ildən bu günə qədər Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulu vəzifəsində çalışıb.

Ailəlidir, üç övladı var.

Tarix
2026.02.27 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla