Yuxarı

Bu ərazilərə qar yağır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilərə qar yağır

Saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, bəzi yerlərdə qar yağır.

Qarın hündürlüyü Xınalıqda 34, Qrızda 31, Şahdağda 26, Xaltan, Qusarda 25, Əlibəydə (Zaqatala) 22, Yardımlıda 19, Kəlbəcər, Qubada 17, Lerik, Kişçayda (Şəki) 16, Masallıda 14, Laçın, Qubadlıda 12, Xızıda 10, İsmayıllıda 7, Qobustan, Oğuzda 6, Şuşa, Sarıbaşda (Qax) 5, Gədəbəy, Qəbələdə 3, Daşkəsəndə 1 sm-dir.

Düşən yağıntının miqdarı Tərtərdə 37, Naftalanda 29, Balakən, Ağdamda 24, Şahbuz, Lənkəran, Astarada 15, Ağsu, Ordubad, Goranboyda 13, Bərdə, Zərdabda 12, Göyçayda 11, Sədərək, Culfa, Sabirabad, Şamaxı, Beylaqan, Kürdəmir, Şərur, Cəlilabad, Ağstafa, Xaçmaz, İmişli, Yevlax, Salyan, Mingəçevir, Naxçıvan, Biləsuvar, Gəncə, Neftçala, Şabran, Ceyrançöl, Şəmkir, Xankəndi, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dir.

Bir sıra ərazilərdə şərq küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27, Gəncədə 24, Hacıqabulda 23, Naftalan, Şəmkir, Neftçala, Tovuz, Qobustanda 20, Salyan, Göygöldə 19, Biləsuvar, Ağstafa, Şamaxıda 16, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.

Göygöl, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix
2026.02.28 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla