Yuxarı

“112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi... - Mediatur

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 fevral tarixli Fərmanı ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti xilasetmə qurumlarının fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətini, o cümlədən yanğınsöndürmə, axtarış-xilasetmə, qəza-xilasetmə istiqamətləri üzrə informasiya dəstəyini təmin edən, 24/7 rejimdə fəaliyyət göstərən fövqəladə zəng mərkəzidir. Həmçinin, “112” qaynar telefon xətti Nazirliyin digər fəaliyyət istiqamətləri üzrə də telefon müraciətlərinin operativ cavablandırılmasını həyata keçirir.

Qeyd olunduğu kimi, müraciətlərin qəbulu və cavablandırılması fasiləsiz həyata keçirilir. Yanğınsöndürmə, qəza-xilasetmə, axtarış-xilasetmə və digər xilasetmə işlərinə zərurət yarandıqda “112” qaynar telefon xəttinə zəng edilməlidir. “112” qaynar telefon xəttinə Azərbaycan Respublikası ərazisindən sabit və mobil telefonlardan, həmçinin telefon-avtomatlarından ödənişsiz zəng etmək mümkündür. GSM nömrə blok edildikdə, danışıq kartı, yaxud balans bitdiyi halda da “112” xətti ilə əlaqə saxlamaq mümkündür.

"112" qaynar telefon xətti bu gün vətəndaşlarımızın, habelə ölkəyə gələn qonaqların təhlükə anında müraciət edərək operativ yardım aldığı mühüm mərkəzdir. Belə ki, yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar xəttinə orta hesabla il ərzində 2.2 milyona yaxın və ya hər gün 6 mindən artıq zəng daxil olur.

Zənglərin qəbulu, operativ emalı və yönəldilməsi üçün Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin tərkibində fəaliyyət göstərən "112" Çevik Reaksiya İdarəsi mütəmadi olaraq ən müasir avadanlıqlarla təmin edilir, yeni nəsil çoxfunksiyalı proqram təminatları tətbiq olunur. Yenilənmiş proqram təminatı qurumlararası əlaqələndirmə və səmərəli informasiya mübadiləsini, zənglərin avtomatik qəbulu, qeydiyyatı və saxlanması, məlumatların elektron kartlara yazılması, zəng gələn ünvanın xəritədə təyin olunması, çağırış ünvanına yaxın olan müvafiq qüvvələrin sistem üzərindən cəlb olunması işinin operativliyini təmin edir. Bundan başqa, bazada informasiya axtarışının aparılmasını, müxtəlif hesabatların alınmasını və digər faydalı əməliyyatların yerinə yetirilməsinə dəstək verir.

“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələbləri nəzərə alınaraq, dispetçer-operator heyətinin nəzəri bilik səviyyəsinin artırılması, praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə mütəmadi təlimlər keçirilir. Təlimlərdə Nazirliyin fəaliyyəti ilə bağlı qanunvericilik aktları və digər normativ sənədlərin, həmçinin texniki vasitələrin düzgün tətbiqinin və səmərəli istifadə üsullarının öyrənilməsinə xüsusi diqqət olunur.

Tarix
2026.02.28 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

İran vətəndaşları qanunsuz Türkiyəyə keçib?

Azərbaycan vasitəsilə ölkəni tərk edin - Rusiya

Səfirlik Azərbaycandakı İran vətəndaşlarına müraciət etdi

Bu, gələcək nəsillərə ünvanlanan tarixi mesajdır - Deputat

İsrail İranı, İran qonşularını, Pakistan isə... - Nələr olur?

ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatın adı... - Foto

Efiopiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Rəsmi Bakıdan xəbərdarlıq: Bu ölkəyə getməyin!

İranda olan Azərbaycan vətəndaşlarına çağırış

Netanyahu İrana qarşı hücumun adını dəyişdirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla