Yuxarı

“Kontakt”dan telefon alıb 100 000 manat qazandılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt”dan telefon alıb 100 000 manat qazandılar

“Kontakt” mağazalar şəbəkəsinin “Qoşa seç, 100 000 apar” kampaniyasında ilk final gecəsi ikiqat sevinc yaşandı. Cəmi iki həftə əvvəl start götürən kampaniyada 100 000 AZN-lik böyük mükafat bir gündə – eyni səhnədə iki qalibə qismət oldu.

Paytaxtın izdihamlı məkanlarından biri olan “Gənclik Mall”da yüzlərlə insanın canlı şahidliyi ilə keçirilən finalda hamının gözü səhnədə idi. Səhnədə isə üç finalçı, stenddə iki zər, fonda isə yüz minlik həyəcan var idi.

Günün ilk atışı Hacıqabul sakini Bəybala Babayevlə başladı. Və budur: Bəybala bəyin zərləri fırlanıb öz seçdiyi qoşa rəqəmdə dayandı. Qalib böyük pul mükafatı qazanmaq sevincini isə özünəməxsus yumorla belə ifadə edib:

“Telefonun insanların həyatını dəyişdiyini deyirdilər, beləsi heç olmamışdı. Bir telefon aldım, həyatım dəyişdi”

Alqışlar səngiməmiş ikinci möcüzə baş verdi. Tələbə təqaüdü ilə anasına telefon alan Cavani Qarayev ən böyük arzusunun – anasına ev almaq istəyinin verdiyi inamla zərləri atdı və zərlər onun “sözünə baxdı”. Gənc qalib:

“Qoşa düşəndə nə baş verdiyini anlaya bilmədim, sadəcə bir anlıq anama olan o vədimin reallığa çevrildiyini təsəvvür etdim. O an həqiqətən, anladım ki, niyyət çox vacibdir” – deyərək hər kəsi duyğulandırdı.

Xüsusi olaraq vurğulayaq ki, bu il “Qoşa seç, 100 000 apar” kampaniyasının əsas fərqi iştirakçılara verilən seçim azadlığıdır; burada uduşlu qoşanı bəxt deyil, müştərinin özü müəyyən edir. Üstəlik, builki qaydalara əsasən, qazanılan məbləğlər artıq itirilmir və müştəridə qalır.

Şəbəkənin 100 000 AZN-lik mükafatı qazanılan final tədbiri bitsə də, böyük uduşlar marafonu tam sürəti və eyni mükafat məbləği ilə davam edir. Növbəti pul mükafatı elə sizin seçdiyiniz həmin qoşa rəqəmində gizlənmiş ola bilər.

Şərtlər barədə daha ətraflı məlumat üçün bu keçidə daxil ola bilərsiniz.

Tarix
2026.03.02 / 10:05
Müəllif
Axar.az
Digər xəbərlər

İranda Azərbaycan vətəndaşları xəsarət alıb? - Rəsmi

İrandan təxliyə edilən Rusiya vətəndaşlarının sayı...

“Traktor” Bakıya səsləndi: Cənubu qorumaq lazımdır!

Xameneinin öldürülməsi bu məqsədin tərkib hissəsidir...

Nazirlər son hərbi qarşıdurmadan narahatdır - XİN

Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının eyhamı...

XİN rəhbəri ispan həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Bayramov iraqlı həmkarı ilə regionu müzakirə etdi

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla