Yuxarı

OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
OBA-da “Qonşuda 2 qat bayram” lotereyası başladı

“OBA” marketlər şəbəkəsi Ramazan və Novruz bayramı münasibətilə müştəriləri üçün “Qonşuda 2 qat bayram” adlı yeni lotereya kampaniyasına start verib. 1–31 mart tarixlərini əhatə edən kampaniya çərçivəsində OBA-dan alış-veriş edən müştərilər həm bayram sevincini yaşayacaq, həm də dəyərli hədiyyələr qazanmaq şansı əldə edəcəklər.

Kampaniya müddətində OBA marketlərdən alış-veriş edən müştərilər Siyəzən dadlı toyuq və Aləmşah düyü məhsullarının hər hansı birini aldığı zaman 1 iştirak şansı qazanır. Lotereyada iştirak etmək üçün müştərilər sadəcə alış-veriş zamanı OBA Plus mobil tətbiqinin barkodunu kassada oxutmalıdırlar. Bu halda iştirak hüququ avtomatik olaraq sistemə əlavə olunur.

“Qonşuda 2 qat bayram” lotereyası çərçivəsində iştirakçılar üçün bir-birindən dəyərli hədiyyələr təqdim olunur. Uduşlar sırasında iPhone 17 Pro mobil telefonları, paltaryuyan maşınlar və alış-veriş kartları yer alır. Kampaniyanın final tirajında isə iştirakçılardan biri möhtəşəm əsas mükafat – Changan UNI-Z avtomobilinin sahibi olacaq.

Lotereya iki tiraj mərhələsi üzrə keçiriləcək və qaliblər rəsmi qaydalara uyğun olaraq müəyyən ediləcəklər.

Bu il 10 yaşını qeyd edən “OBA” marketlər şəbəkəsi bu kampaniya ilə Novruz və Ramazan bayramı münasibətilə müştərilərinə əlavə sevinc bəxş etməyi və onların alış-veriş təcrübəsini daha da dəyərli etməyi hədəfləyir. OBA, hər zaman olduğu kimi, müştərilərinə daha yaxın olmaq və onların gündəlik həyatına əlavə dəyər qatmaq missiyasını davam etdirir.

Ətraflı məlumat üçün OBA Marketlər şəbəkəsinin rəsmi kommunikasiya kanallarını izləyə bilərsiniz.

Tarix
2026.03.02 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla